Menyu

Bərdədə 900-ə yaxın abonentin qazı olmayacaq

Bərdədə 900-ə yaxın abonentin qazı olmayacaq

Sabah Bərdə şəhərinin bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 15-də saat 11:00-da Bərdənin Koroğlu küçəsindən Gəncə küçəsinə qədər təmir işlər aparılacaq. Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə xidmət sahəsində xidməti ərazisində yerləşən "Bərdə" qazpaylayıcı stansiyasından qidalanan adıçəkilən küçələrdə yeni qeyri-əhali abonentinə məxsus qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə daxildən dayandırılması nəzərdə tutulub. Təmir yekunlaşanadək qaz təminatının dayandırılması planlaşdırılıb.

Qaz təchizatının dayanması ilə əlaqədar 880 abonentin qaz təchizatında fasilə yaranacaq.

Teqlər:

"B\u0259rd\u0259d\u0259 900-\u0259 yax\u0131n abonentin qaz\u0131 olmayacaq"

Əlaqəli Xəbərlər