Baş prokuror: Xankəndidə hüquq ixtisasının təşkili strateji əhəmiyyət daşıyır
“Xankəndidə hüquq ixtisasının təşkili strateji əhəmiyyət daşıyır".
Operativ Media xəbər verir ki, bu sözləri Konfrans zamanı Baş prokuror Kamran Əliyev çıxış edib.
Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.
Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi əsaslarını və suverenliyini təmin edən ali sənəddir. O, 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ölkənin inkişafında dönüş nöqtəsinə çevrildiyini vurğulayıb.
Baş prokuror qeyd edib ki, hüquq-mühafizə orqanları, xüsusilə də prokurorluq, dövlətin suverenliyinin və hüquqi əsaslarının qorunmasında önəmli missiya daşıyır. O bildirib ki, bu orqanların fəaliyyətinin təkmilləşdirilməsi dövlətin dayanıqlığının və vətəndaşların hüquqlarının təminatıdır.
Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində hüquq ixtisasının tədrisinin başlanmasını yüksək qiymətləndirərək qeyd edib ki, bu, regionda hüquqi şüurun formalaşdırılmasına və gələcək hüquqşünas kadrların hazırlanmasına xidmət edəcək. O əlavə edib ki, bu təşəbbüs suverenliyin bərpası ilə paralel həyata keçirilən vacib addımdır.
Teqlər:
"Ba\u015f prokuror: Xank\u0259ndid\u0259 h\u00fcquq ixtisas\u0131n\u0131n t\u0259\u015fkili strateji \u0259h\u0259miyy\u0259t da\u015f\u0131y\u0131r"