Menyu

Zaqatalada fərdi yaşayış evində yanğın olub

Əsəd Abbaslı
Zaqatalada fərdi yaşayış evində yanğın olub

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Operativ Media xəbər verir ki, səhər saatlarında Zaqatala şəhəri Azərbaycan prospektində Aysel Cəbrayıl qızı Rəhimova məxsus, ümumi sahəsi 60 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxində 2 p.m mətbəxt mebeli yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Zaqatalada f\u0259rdi ya\u015fay\u0131\u015f evind\u0259 yan\u011f\u0131n olub"

Əlaqəli Xəbərlər