Menyu

Kreditə götürdüyü 5000 manat oğurlanıb

Kreditə götürdüyü 5000 manat oğurlanıb

Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bir nəfərin avtomobilindən 5000 manat oğurlanıb. Zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib. 

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici  valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Teqlər:

"Kredit\u0259 g\u00f6t\u00fcrd\u00fcy\u00fc 5000 manat o\u011furlan\u0131b"

Əlaqəli Xəbərlər