Menyu

Əczaçılıq məhsulları və tibbi ləvazimat xərcləri artıb

Əczaçılıq məhsulları və tibbi ləvazimat xərcləri artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 342,5 min manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları satılıb.

Operativ Media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin ilk rübü ilə müqayisədə 9,1 % çoxdur.

Ötən 3 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.

Teqlər:

"\u018fcza\u00e7\u0131l\u0131q m\u0259hsullar\u0131 v\u0259 tibbi l\u0259vazimat x\u0259rcl\u0259ri art\u0131b"

Əlaqəli Xəbərlər