Menyu

İşə bərpa olunma tələbi ilə məhkəməyə müraciət edən bağça müdirinin iddiası təmin edilməyib

Əsəd Abbaslı
İşə bərpa olunma tələbi ilə məhkəməyə müraciət edən bağça müdirinin iddiası təmin edilməyib

Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Abbasova Kəmalə Vaqif qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

Bu barədə Operativ Media-a MÜTDA-dan məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnaməsinə əsasən onun iddiası təmin edilməyib

Xatırladaq ki, təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb.

Nəticədə bağçanın sabiq müdiri Abbasova Kəmalə Vaqif qızının fəaliyyəti zamanı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmdiyinə dair əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən o, 12 iyul 2024-cü ildə vəzifəsindən azad edilib.

Teqlər:

"\u0130\u015f\u0259 b\u0259rpa olunma t\u0259l\u0259bi il\u0259 m\u0259hk\u0259m\u0259y\u0259 m\u00fcraci\u0259t ed\u0259n ba\u011f\u00e7a m\u00fcdirinin iddias\u0131 t\u0259min edilm\u0259yib"

Əlaqəli Xəbərlər