Menyu

Elektromobillər üçün enerji doldurucusu istehsalına lazım olan mallar gömrük rüsumundan azad edilib

Elektromobillər üçün enerji doldurucusu istehsalına lazım olan mallar gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların idxalı gömrük rüsumundan azad edilib. Söhbət elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan və proqramlaşdırılmayan kontrollerindın gedir.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək və 2027-ci il yanvarın 1-nə qədər qüvvədə olacaq.

Teqlər:

"Elektromobill\u0259r \u00fc\u00e7\u00fcn enerji doldurucusu istehsal\u0131na laz\u0131m olan mallar g\u00f6mr\u00fck r\u00fcsumundan azad edilib"

Əlaqəli Xəbərlər