Təbiətə 89 min manatdan çox ziyan dəydiyi müəyyən edilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Bərdə, Tovuz və İsmayıllı rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində “Şəki” ictimai-iaşə obyektinin həyətyanı sahəsində, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi “Həyat” ictimai-iaşə obyekti ilə üzbəüz ərazidə, Yasamal rayonu M.Seyidov küçəsində, Suraxanı rayonu Yeni Günəşli S.Cəfərov küçəsində, Sumqayıt şəhəri Çerkassı küçəsində, Bərdə rayonu 2-ci Hacallı kəndi ərazisində, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsində və İsmayıllı rayonu Bəhliyan kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı təbiətə 89 190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Teqlər:
"T\u0259bi\u0259t\u0259 89 min manatdan \u00e7ox ziyan d\u0259ydiyi m\u00fc\u0259yy\u0259n edilib"