Azərbaycanda bu il avtomobil yanacağına 850 milyonmanatdan çox vəsait xərclənib
Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 853,6 mln. manat xərclənib.
Operativ Media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 6,9% üstələyib.
Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Teqlər:
"Az\u0259rbaycanda bu il avtomobil yanaca\u011f\u0131na 850 milyonmanatdan \u00e7ox v\u0259sait x\u0259rcl\u0259nib"