Menyu

Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində xidmət edərkən hərbi hissədə Ermənistan vətəndaşları olan zabitlərin sayca üstünlük təşkil etdiyini etiraf edib

Əsəd Abbaslı
Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində xidmət edərkən hərbi hissədə Ermənistan vətəndaşları olan zabitlərin sayca üstünlük təşkil etdiyini etiraf edib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Qurgen Stepanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən Ermənistan Respublikasının vətəndaşı kimi 2006-cı ildə hərbi xidmətə çağırıldığını, hərbi xidmətini 2 il müddətində Azərbaycan Respublikasının həmin vaxt işğalda olan Füzuli rayonunda çəkdiyini bildirib.

Operativ Media xəbər verir ki, o, “Ermənistanın Cermux şəhərində yaşayırdım. Məni hərbi xidmətə Ermənistan dövləti çağırmışdı”, - deyib.

Q.Stepanyan xidmət etdiyi hərbi hissədə zabitlər arasında Ermənistan vətəndaşlarının sayca üstünlük təşkil etdiyini də bildirib.

Sonrakı dövrdə “Xocavənd alayı”na qoşulduğunu deyən təqsirləndirilən şəxs xidməti müqabilində bank kartı vasitəsilə maaş aldığını etiraf edib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 11-də davam etdiriləcək.

Teqlər:

"Qurgen Stepanyan Az\u0259rbaycan\u0131n vaxtil\u0259 i\u015f\u011falda olan \u0259razil\u0259rind\u0259 xidm\u0259t ed\u0259rk\u0259n h\u0259rbi hiss\u0259d\u0259 Erm\u0259nistan v\u0259t\u0259nda\u015flar\u0131 olan zabitl\u0259rin sayca \u00fcst\u00fcnl\u00fck t\u0259\u015fkil etdiyini etiraf edib"

Əlaqəli Xəbərlər