Menyu

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.

Operativ Media xəbər verir ki, Şahin Mustafayev və Fərzanə Sadiq həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.

Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.

Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.

Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.

Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.

Teqlər:

"Az\u0259rbaycan-\u0130ran s\u0259rh\u0259dind\u0259 yeni avtomobil k\u00f6rp\u00fcs\u00fcn\u00fcn istifad\u0259y\u0259 veril\u0259c\u0259yi tarix bilinib"

Əlaqəli Xəbərlər