Menyu

Sabah Sabunçunun bəzi ərazilərində su olmayacaq

Sabah Sabunçunun bəzi ərazilərində su olmayacaq

Sabah Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su təchizatı dayandırılacaq.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar aprelin 11-də saat 10:00-dan axşam saatlarına qədər qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Teqlər:

"Sabah Sabun\u00e7unun b\u0259zi \u0259razil\u0259rind\u0259 su olmayacaq"

Əlaqəli Xəbərlər