Vətəndaşların bank kartlarından 40 min manatdan çox vəsait talanıb
Nərmin Qocamanlı
Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
Teqlər:
"V\u0259t\u0259nda\u015flar\u0131n bank kartlar\u0131ndan 40 min manatdan \u00e7ox v\u0259sait talan\u0131b"