Menyu

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.

Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".

Qeyd olunub ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.

Teqlər:

"Yard\u0131ml\u0131da m\u0259kt\u0259bliy\u0259 qar\u015f\u0131 cinsi zorak\u0131l\u0131q fakt\u0131 il\u0259 ba\u011fl\u0131 4 n\u0259f\u0259r h\u0259bs edilib"

Əlaqəli Xəbərlər