Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar 9 aprel tarixində elektrik xətləri sifarişə əsasən açılacaq.
“Azərişıq”dan Operativ Media-ya verilən məlumata görə, bununla əlaqədar olaraq saat 09:00-dan saat 16:00-dək qəsəbədə yerləşən Bağlar yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Teqlər:
"Suraxan\u0131n\u0131n bir hiss\u0259sind\u0259 i\u015f\u0131q olmayacaq"