Menyu

Ölkənin bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Ölkənin bəzi ərazilərinə qar yağır  - FAKTİKİ HAVA - YENİLƏNİB

Aprelin 9-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.

Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

***

09:03

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinindən məlumat verilib.

Bildirilib ki, müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.

Teqlər:

"\u00d6lk\u0259nin b\u0259zi \u0259razil\u0259rin\u0259 qar ya\u011f\u0131r - FAKT\u0130K\u0130 HAVA - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər