Yeni nəsil kassa aparatları ilə dövriyyə 11 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, indiyə qədər Azərbaycan ərazisində 105 694 ədəd yeni nəsil NKA quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.