Menyu

ETSN ictimai-iaşə obyektlərində növbəti monitorinqlər həyata keçirəcək

Nərmin Qocamanlı
ETSN ictimai-iaşə obyektlərində növbəti monitorinqlər həyata keçirəcək

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Operativ Media-ya bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 14 aprel tarixindən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

"Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki,  obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər", - məlumatda qeyd olunub.

Teqlər:

"ETSN ictimai-ia\u015f\u0259 obyektl\u0259rind\u0259 n\u00f6vb\u0259ti monitorinql\u0259r h\u0259yata ke\u00e7ir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər