Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Operativ Media-a bildiriblər ki, Daşkəsən rayon sakini A.Abbaslıya əl nahiyyəsindən kəsici-deşici alətlə xəsarət yetirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 28 yaşlı Şahin Əliyev saxlanılıb.