Ötən həftə azad olunan ərazilərdə 120 mina zərərsizləşdirilib
Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 107 piyada əleyhinə mina, 13 tank əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Operativ Media xəbər verir kibu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2009,1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Teqlər:
"\u00d6t\u0259n h\u0259ft\u0259 azad olunan \u0259razil\u0259rd\u0259 120 mina z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"