Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Operativ Media xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Teqlər:
"Suqovu\u015fan k\u0259ndin\u0259 n\u00f6vb\u0259ti k\u00f6\u00e7 karvan\u0131 yola sal\u0131n\u0131b"