Menyu

197 nömrəli avtobus hasara çırpılıb

197 nömrəli avtobus hasara çırpılıb

Bu gün səhər saatlarında 197 nömrəli marşrut xəttində işləyən "Daewoo" markalı 10 TG 377 qeydiyyat nişanlı avtobus Suraxanı rayonu ərazisində hərəkət edərkən qarşısına qəflətən minik avtomobili çıxdığından sürücü Məmmədov Rövşən Hümbət oğlu manedən qaçmaq üçün avtobusu kənara çəkmək istədikdə yolun kənarında hasara dəyərək müəssisəyə yüngül ziyan vurub.

Bu barədə Operativ Media-ya daşıyıcı şirkətdən bildirilib.

Qeyd olunub ki, hadisə vaxtı avtobusda sürücüdən başqa heç kim olmayıb.

Teqlər:

"197 n\u00f6mr\u0259li avtobus hasara \u00e7\u0131rp\u0131l\u0131b"

Əlaqəli Xəbərlər