Bu gün saat 05:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Operativ Media-ya TƏBİB-dən bildirilib.
Boynun sol ön nahiyəsinin kəsilmiş, deşilmiş yarası, qırtlağın zədələnməsi və travmatik şok diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Qeyd edilib ki, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
10:00
Gəncədə 23 yaşlı gənci bıçaqlayan şəxs tutulub.
OperativMedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.