Menyu

Azərbaycan Sumının enerji infrastrukturunun bərpasına yardım edib

Əsəd Abbaslı
Azərbaycan Sumının enerji infrastrukturunun bərpasına yardım edib

Azərbaycan, Almaniya, Niderland və İsveçrənin humanitar yardımları hesabına Sumı vilayətinin enerji infrastrukturunun bərpası üçün 15 ton avadanlıq bağışlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

“Sumı vilayətinin energetikləri Azərbaycan, Almaniya, Niderland və İsveçrədən olan donorlardan 15 tona yaxın humanitar yardım avadanlığı alıblar”, - deyə məlumatda bildirilir.

Ümumilikdə, müharibə başlayandan Sumı vilayətinə 595 tona yaxın humanitar yardım, o cümlədən Ukraynanın Enerji Dəstəyi Fondu vasitəsilə şirkətlər tərəfindən dəyəri 12 milyon avrodan çox olan avadanlıq və materiallar verilib.

Təhvil verilən avadanlıqlara transformatorlar, generatorlar, nəqliyyat vasitələri və təmir-bərpa işləri üçün zəruri olan xüsusi avadanlıq və materiallar daxildir.

Teqlər:

"Az\u0259rbaycan Sum\u0131n\u0131n enerji infrastrukturunun b\u0259rpas\u0131na yard\u0131m edib"

Əlaqəli Xəbərlər