Menyu

Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz ediləcək

Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz ediləcək

Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz edilir.

Operativ Media bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, 5 apreldən FLIRT qatarı ənənəvi hərəkət cədvəli əsasında həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə Qəbələdən Bakıya yola düşəcək.

Ən son təhlükəsizlik sistemləri ilə təchiz edilmiş birmərtəbəli yeni qatarda sərnişinlərin rahatlığı üçün bar-vaqon, velosiped daşımaq üçün ayrılmış yerlər, inklüziv səyahət imkanları və s. təqdim olunur.

Hərəkət cədvəli ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz - məlumatda qeyd olunub.

Teqlər:

"Bak\u0131-Q\u0259b\u0259l\u0259-Bak\u0131 mar\u015frutu \u00fczr\u0259 h\u0259r\u0259k\u0259t ed\u0259n KISS markal\u0131 qatar yeni FLIRT qatar\u0131 il\u0259 \u0259v\u0259z edil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər