Ana səhifə / Ölkə / Gəncədə qadın dəm qazından zəhərlənib Gəncədə qadın dəm qazından zəhərlənib 03.04.2025, 20:28 Əsəd Abbaslı Gəncədə 31 yaşlı qadın dəm qazından zəhərlənib. Operativ Media xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Belə ki 1994-cı il təvəllüdlü L. Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, L.Əkbərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Teqlər: "G\u0259nc\u0259d\u0259 qad\u0131n d\u0259m qaz\u0131ndan z\u0259h\u0259rl\u0259nib"