Menyu

Goranboyda müəllim övladını bıçaqlamaq istəyən ananın qarşısını alarkən yaralanıb

Əsəd Abbaslı
Goranboyda müəllim övladını bıçaqlamaq istəyən ananın qarşısını alarkən yaralanıb

Aprelin 3-də Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Operativ Media xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib.

Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edilib ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.

Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Teqlər:

"Goranboyda m\u00fc\u0259llim \u00f6vlad\u0131n\u0131 b\u0131\u00e7aqlamaq ist\u0259y\u0259n anan\u0131n qar\u015f\u0131s\u0131n\u0131 alark\u0259n yaralan\u0131b"

Əlaqəli Xəbərlər