Menyu

Ağdaşda avtomobillər kanala düşüb

Əsəd Abbaslı
Ağdaşda avtomobillər kanala düşüb

Ağdaşda yol qəzası olub maşınlar  kanala düşüb.

Operativ Media xəbər verir ki, hadisə Hüşün kəndi yaxınlığında baş verib.

Hərəkətdə olan "Vaz 2107" markalı maşın dayanıqlı vəziyyətdə olan "Vaz 2109" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən maşınların ikisi də su kanalına aşıb.

Kanala düşən maşınlarda xəsarət alan rayon sakinləri - 1997-ci il təvəllüdlü Qədirov Toğrul İlham oğlu və 1955-ci il təvəllüdlü Məmmədov Kərim Binnət oğlu sahilə çıxarılaraq  xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Teqlər:

"A\u011fda\u015fda avtomobill\u0259r kanala d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər