Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il aprel ayının 8-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Teqlər:
"Daxili i\u015fl\u0259r naziri \u015e\u0259kid\u0259 v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"