Sabah bəzi rayonlara sulu qar yağacaq- XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında aprelin 2-si gündüz dağlıq ərazilərdən başlayaraq 4-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Operativ Media -ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Teqlər:
"Sabah b\u0259zi rayonlara sulu qar ya\u011facaq- X\u018fB\u018fRDARLIQ"