ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.
Qeyd edilib ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu ilə 106 006, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 sərnişin səfər edib.
Teqlər:
"ADY bayram g\u00fcnl\u0259rind\u0259 132 mind\u0259n \u00e7ox s\u0259rni\u015finin s\u0259f\u0259rini t\u0259\u015fkil edib"