Menyu

“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib

Nərmin Qocamanlı
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib

Nazirlər Kabineti “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında qərar qəbul edib. 

Operativ Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. 

Qərara əsasən , “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları “Dövlət rüsumu haqqında” qanuna uyğun hazırlanıb. 

“E-bildiriş” Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq tərtib edilərək rəsmiləşdirilir. 

Teqlər:

"\u201cE-bildiri\u015f\u201din t\u0259rtibi t\u0259tbiqi v\u0259 u\u00e7otu Qaydalar\u0131\u201d t\u0259sdiql\u0259nib"

Əlaqəli Xəbərlər