Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində qamışlıq ərazidə yanğın baş verib.
Operativ Media xəbər verir ki, bu barədə FHN mətbuat xidmətindən məlumat verilib.
Dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində küləkli hava şəraitinə baxmayaraq, alovun genişlənməsinin qarşısı alınıb və qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.