Menyu

Gürcüstan Türkiyəyə başsağlığı verdi

Nərmin Qocamanlı
Gürcüstan Türkiyəyə başsağlığı verdi

"Gürcüstan Türkiyəyə istənilən yardımı göstərməyə hazırdır".

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili tviterdə bildirib.

"Dağıdıcı zəlzələ nəticəsində insan tələfatı ilə əlaqədar Türkiyə xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin hamısına tezliklə şəfa diləyirəm. Biz Türkiyə xalqını dəstəkləyirik və hər cür yardımı göstərməyə hazırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə zəlzələlər nəticəsində 284 nəfər ölüb, daha 2323 nəfər xəsarət alıb, ümumilikdə 1710 bina dağılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər