Menyu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar

Əsəd Abbaslı
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar

Paytaxtın Yasamal rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar.

Operativ Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Hüseynəli saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, ümumi çəkisi 500 qramdan artıq marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.

Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Abbasov da saxlanılıb.

Ondan da çəkisi 1 kiloqramdan artıq heroin, ümumi çəkisi yarım kiloqramdan çox marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Narkotikl\u0259rin qanunsuz d\u00f6vriyy\u0259sind\u0259 \u015f\u00fcbh\u0259li \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131blar"

Əlaqəli Xəbərlər