Ramazan ayının 26-cı gününün duası: İmsak və iftar vaxtı
Əsəd Abbaslı
Martın 26-da Ramazan ayının iyirmi altıncı günüdür.
Operativ Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən Bakıda imsak saat 05:07-də, iftar isə saat 19:13-dədir.
Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
Ramazan ayının 26-cı gününün duası:
"Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".
Tərcüməsi:
"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini ən yaxşı eşidən, Allah!"