İki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib
Əsəd Abbaslı
Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 113 min elektron arayış verilib.
Operativ Media-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox elektron arayış xidmətləri yaradılıb.
Həmin elektron xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin olunmağa, fərdi şəxsi hesab və s. barədə elektron qaydada arayış əldə etməyə imkan yaradır.
Teqlər:
"\u0130ki ayda sosial sah\u0259 \u00fczr\u0259 113 min elektron aray\u0131\u015f verilib"