Menyu

Masallıda maşın divara çırpılıb - YENİLƏNİB

Əsəd Abbaslı
Masallıda maşın divara çırpılıb - YENİLƏNİB

 

Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Operativ Media-a verilən məlumata görə, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində "Opel" və "Toyota" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun ehtiyat hissəsində piyada hərəkət edən 59 yaşlı Camal Ağayevi vurub.

Ağayev aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

19:57

Masallıda yol qəzası olub.

Operativ Media xəbər verir ki, hadisə rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib.

"Opel" markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma gedir.

Teqlər:

"Masall\u0131da ma\u015f\u0131n divara \u00e7\u0131rp\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər