Menyu

Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb

Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb

Xətai rayonu ərazisində 3 avtomobildən 1600 manat pul vəsaiti, bank kartları və 60 manat dəyərində zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Yasamal rayonu ərazisində noutbuk, televizor və içərisində 500 manat dəyərində geyim əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Teqlər:

"Bak\u0131da silsil\u0259 o\u011furluq ed\u0259n \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər