Menyu

TƏBİB-ə tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub

TƏBİB-ə tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dünən 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu və Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub:

"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb".

Teqlər:

"T\u018fB\u0130B-\u0259 tonqalda x\u0259sar\u0259t alma il\u0259 ba\u011fl\u0131 6 m\u00fcraci\u0259t daxil olub"

Əlaqəli Xəbərlər