Ölkə ərazisində küləkli hava müşahidə olunur- Faktiki hava
Martın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, hazırda əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımasıadnda 27 m/s, Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.
Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir.
Teqlər:
"\u00d6lk\u0259 \u0259razisind\u0259 k\u00fcl\u0259kli hava m\u00fc\u015fahid\u0259 olunur- Faktiki hava"