Xəzər rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq
Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 19.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Operativ Media-ya verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Teqlər:
"X\u0259z\u0259r rayonunun bir hiss\u0259sind\u0259 qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"