Menyu

DİN Cəlilabadda baş verən yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB

DİN Cəlilabadda baş verən yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Cəlilabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Operativ Media"ya verilən məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub. Nəticədə "Ford" markalı avtomobilin sürücüsü, İsmayıllı rayon sakini N.Məmmədov xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin Daşkəsən rayon sakini İ.Quliyev isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

***

09:04

Cəlilabadda ağır yol qəzası baş verib.

"Operativ Media" xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

"MAZ" markalı avtomobillə çörək daşıyan "Qazel" markalı avtomobil toqquşub.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb.

Hazırda onların kimliyi və hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"DİN Cəlilabadda baş verən yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB"

Əlaqəli Xəbərlər