Hazırda paytaxtda 32 dərəcə isti var - FAKTİKİ HAVA
Hazırda ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir. Küləyin sürəti Qəbələdə 30 m/s, İsmayıllıda 24 m/s, Daşkəsəndə 21 m/s, Qobustanda 20 m/s, Goranboy, Laçında 19 m/s, Mingəçevir, Şahdağ, Bakı və Abşeron yarımadasında 18 m/s, Gədəbəy və Füzulidə 16 m/s, Şəkidə isə 14 m/s-dək güclənib.
Bu barədə Operativ Media -ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 24, Aran rayonlarında 31, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.
Teqlər:
"Haz\u0131rda paytaxtda 32 d\u0259r\u0259c\u0259 isti var - FAKT\u0130K\u0130 HAVA"