Bu gün səhər saatlarından "Koroğlu" stansiyasının giriş qapısında nəzarət zamanı sərnişin sıxlığı yaranıb. Operativ Media xəbər verir ki, qurumdan bildirilib ki, metropolitenə dair bütün infrastruktur, o cümlədən qatarların hərəkəti və intervallari ilə bağlı heç bir problem müşahidə olunmur.
***
09:47
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında sərnişin sıxlığı müşahidə olunub.
Bu barədə Operativ Media-ya səhmdar cəmiyyətindən bildirilib.
Bununla belə, qurum bəyan edib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur.
"Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir", - deyə məlumatda qeyd olunub.