Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğa çağırılıb
Əsəd Abbaslı
Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq Elşad Tofiq oğlu Məmmədov və Məhəmməd Fazil oğlu Mirzəlini prokurorluğun İstintaq İdarəsinə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə İctimai TV-yə prokurorluqdan bildirilib.
Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib.
Bundan başqa, Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib.
Teqlər:
"M\u0259h\u0259mm\u0259d Mirz\u0259li v\u0259 El\u015fad M\u0259mm\u0259dov da Ba\u015f Prokurorlu\u011fa \u00e7a\u011f\u0131r\u0131l\u0131b"