Menyu

“Kahı” yükü aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib

Əsəd Abbaslı
“Kahı” yükü aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib

Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraqgömrük nəzarətindən gizlədilməyə cəhd göstərilənkülli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.

Operativ Media xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından RusiyaFederasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.

Stasionar rentgen qurğusunda baxış zamanı yüknəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib.

Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qramnarkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Teqlər:

"\u201cKah\u0131\u201d y\u00fck\u00fc aparan n\u0259qliyyat vasit\u0259sind\u0259n k\u00fclli miqdarda narkotik vasit\u0259 a\u015fkar edilib"

Əlaqəli Xəbərlər