Ana səhifə / Cəmiyyət / Sülhməramlıların 30 maşını aksiya ərazisindən keçdi Sülhməramlıların 30 maşını aksiya ərazisindən keçdi 04.02.2023, 18:07 Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. "Operativ Media" xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin minik maşınlarından 2-si Xankəndidən Laçın, 1-i isə əks istiqamətə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 30-a çatıb. Teqlər: "Sülhməramlıların 30 maşını aksiya ərazisindən keçdi"
01.03.2026, 22:09 "Sabah"ın baş məşqçisi: Bəzən çempionatda bu cür oyunlar ÇL matçlarından daha maraqlı alınır