Bakı-Ələt magistral yolunda yük maşını yanıb - VİDEO
15.03.2025-ci il tarixdə saat 08:55 radələrlərində Bakı-Ələt magistral yolun 55-ci klometrliyində Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi DAF markalı 90-OC-691 dövlət nömrə nişanlı iri həcmli yük maşınında hərəkətdə olarkən yanğın hadisəsi baş verib.
Bu barədə OperativMedia-ya Dövlət Sərhəd Xidməti məlumat verib.
Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək şəxsi heyət və yanğınsöndürən avtomobili ilə qısa müddətdə yanğın söndürülüb.
Teqlər:
"Bak\u0131-\u018fl\u0259t magistral yolunda y\u00fck ma\u015f\u0131n\u0131 yan\u0131b - V\u0130DEO"