Menyu

Ov qaydalarını pozan şəxslər ümumilikdə 82000 manat məbləğində cərimə olunub

Ov qaydalarını pozan şəxslər  ümumilikdə 82000 manat məbləğində cərimə olunub

Qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətləri tərəfindən yanvar-fevral ayları ərzində nəzarət tədbirləri keçirilib.

Bu barədə Operativ Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nəzarət tədbirləri zamanı Bakı şəhəri Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu Məmmədli, Xızı rayonu Yaşma, Neftçala rayonu Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonu Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonu Məmmədli, İsmayıllı rayonu Ağbulaq, Sabirabad və Şəmkir rayonları ərazisində, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkar edilib.

Faktlarla bağlı akt, protokol tərtib edilərək ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı ümumilikdə 82000 manat məbləğində cərimə olunub.

Teqlər:

"Ov qaydalar\u0131n\u0131 pozan \u015f\u0259xsl\u0259r \u00fcmumilikd\u0259 82000 manat m\u0259bl\u0259\u011find\u0259 c\u0259rim\u0259 olunub"

Əlaqəli Xəbərlər